Ontoloji arqumentə qısa baxış
- 225 dəfə baxılıb
Bil ki, həmin ənginlikdə hiss olunan məsafədə bir-birinin üstündə getdikcə gözdən itən səf-səf çoxlu ulduz sistemləri (mətndə: Dəvaur) görünür. Yaşadığımız Günəş sistemi onunla bağlı olan bütün göy cisimləri ilə birgə Günəşin ətrafındakı çoxlu ulduz sistemlərindən biridir. Çünki hər bir sabit ulduz öz orbiti və onunla bağlı minlərlə planet, peyk və quyruqlu ulduzları olan bir Günəşdir. Onunla bağlı bu göy cisimlərinin hər biri bizim Yer kürəmiz kimi bir dünyadır. Günəşin yuxarıda qeyd olunan daxili hərəkətinin sabitliyindən sübut olunur ki, onun başqa bir mərkəz ətrafında fırlanan digər geniş bir orbiti vardır. Həmin toplu kəhkəşan adlanır. Səmada görünən ağ ləkələrin kəhkəşanlar olmasından aydınlaşır ki, onlar da böyük bir mərkəz ətrafında başqa bir orbitdə fırlanırlar. Ümumi cazibə qüvvəsi isə onların hamısını xüsusi qayda üzrə tənzim edir. Həmin dairənin (ulduz sisteminin) də bizə məlum olmayan başqa böyük dairələrlə bağlılığı ehtimalı vardır. “Sənin rəbbinin qoşununa, Özündən başqa heç kəs bələd deyil”[1]. Allah bunu öz sözlər ilə aydınlaşdırmışdır: “O, (Allah) hər göy [qatına] öz işini vəhy etdi (əyan etdi) və biz ən yaxın göyü çıraqlarla bəzədik, onu hifz etdik. Bu, əzəmətli, bilici Allahın təqdiridir”.[2]
Bu surədəki “iş” sözü xüsusi qaydanın yaradılması, ”hər göy” — günəşlər sistemləri, “ən yaxın göy” — ona bağlı göy cisimləri ilə bəzənmiş yaşadığımız Günəş sistemidir. “Hifz etmək” — kainatın quruluşunu tənzim edən ümumi cazibə qüvvəsidir.
Onun (Allahın) “Və Günəş özü üçün qərarlaşmış yerə doğru hərəkət edir”[3] kəlamı Günəşin də kəhkəşandakı başqa bir mərkəz ətrafında fırlanmasına sübutdur. Onun “Və sən dağlara baxarkən onları hərəkətsiz sanırsan, onlar isə hərəkətdə olan buludlar kimidir”[4] kəlamı Yerin fırlanmasına dəlalət edir.
Bunu sübut edən hədislər də çoxdur. Bu [hədislərdən Peyğəmbər] əleyhissəlamın bu kəlamını [göstərmək olar]: “Ulu Allah orada min-min (milyon) qəndil yaratmış, ərşdə, Yer, göy və cənnətədək bunların arasında nə varsa, orada asmışdır. [Cəhənnəm] odu da bir qəndilin içərisindədir. Başqa qəndillərin içindəkini Allahdan başqa heç kəs bilmir”. [Burada] qəndillər ərşdən asılmış günəşlərin sistemləridir. Onlar mərkəzlərin axırıdır ki, ulu Allahın qüdrətinin kamilliyi orada görünür.
Əl-Baydavi — “Onun taxtı göyləri və yeri bürümüşdür”[5] kəlamını təfsir edərək deyir ki, bu onun (Allahın) əzəmətinin təsviridir, əslində isə nə vaxt, nə də oturan vardır.
Günəş sistemində olanların hamısı işıq və qaranlıq yeri olan sayısız-hesabsız aləmlərdən biridir. Onun da öz cənnət və cəhənnəminin olması labüddür.
Onun “Ən son nöqtənin (sudrətu-l-muntəhə) yanında sığınacaq cənnəti (bağçası) vardır”[6] kəlamı insaniyyətdə ən yüksək mərtəbəyə çatanlar haqqındadır.
“Ey göylər və Yer qədər olan cənnət(bağça)”[7], yəni ki, o, bunlardan kənarda deyildir.
“Və o, ən yüksək üfüqdədir”[8], yəni “Günəş üfüqündə” kəlamından aydın olur ki, onun digər Günəş sistemlərinə yolu yoxdur. Buna görə də Peyğəmbər əleyhissəlam demişdir ki, başqa qəndillər haqqında təkcə bir Allah bilir.
Bil ki, ən böyük aləm də ən kiçiyi kimi ömrünün sonuna və ya öz əcəlinə çatacaqdır. Bunu yalnız Allah bilir. Onun dediyi kimi: “Doğrudan da əcəl saatını bilən Odur”[9]
Bəzi sabit ulduzların qeyb olub sonra isə heç görünməməsi onların əcəl saatının çatdığını bildirir. Əcəl saatı onların nizamının pozulmasıdır. Göy cisimləri şiddətli titrəyişə məruz qalanda, “səmanı isə açıq-aşkar tüstü bürüyəndə”[10], “səmanı bükəcəyimiz gün”[11] orbitlər qırılacaq. “Ulduzlar səpələnəndə”[12] sözləri göy cisimlərinin öz orbitindən çıxması, “Günəş büküləndə”[13] isə onun təsirinin dəyişməsi və buna görə də səpələnmiş ulduzlara nisbətən qərbdən doğması deməkdir.
“Yerin başqa bir Yerə çevriləcəyi gün”[14] haqqında ulu Allahın kəlamı ölümdən sonra cəsədlərin dəyişdiyi kimi, həmin nəhəng göy cisimlərinin də başqası ilə əvəz olunacağına dəlalət edir. Bundan aydın olur ki, elə bir dəqiqə, elə bir saniyə olmur ki, bir neçə Günəş sistemi yaranıb məhv olmasın.
Hədisdə [deyilir ki], Musa Əleyhissəlam Allahı görmək istərkən özündən getmişdi, ayıldıqda görür ki, 70 min dağ var, hərəsinin üstündə bir Musa dayanıb “Rəbbim özünü mənə göstər!” deyir.
Özünə xas olan sifətlərlə yanaşı yaratdıqlarının mahiyyəti ilə də dahilərin əqlini heyran edənə həmd olsun!
Doğrudan da, bu fənn ilahiyyat elmlərinin ən nəfislərindəndir, çünki o, Allahın əzəmət və cəlalına olan heyranlığı aydın ayələr və qəti dəlillərlə aşkar edir, insanın səhv təsəvvürünü və naqisliyini ona bildirir. Ən yüksək əql sahibləri belə o sifətlərin ən xırda təzahürlərini dərk edə bilmədiyi halda, onları qavramağa necə cürət etmək olar?
[1] Mudəssir: 31
[2] Fusillət: 12
[3] Yasin: 38
[4] Nəml: 88
[5] Bəqərə: 255
[6] Nəcm: 14-15
[7] Ali-İmran: 133
[8] Nəcm: 7
[9] Loğman: 34
[10] Duxan: 10
[11] Ənbiya: 104
[12] İnfitar: 2
[13] Təkvir: 1
[14] İbrahim: 48
Hələ heç bir rəy yoxdur. İlk rəyi siz yazın!
Sizə tövsiyə edilənlər
Ontoloji arqumentə qısa baxış
Kosmoloji arqumentə qısa baxış
Elm Allahın varlığını inkar ed...