Ontoloji arqumentə qısa baxış
- 225 dəfə baxılıb
Ayer öz nəzəriyyəsini izah etmək üçün əxlaq elminin ümumi sistemini araşdırmağa başlayır. O deyir ki, əxlaq elminin ümumi sistemi əxlaq filosoflarının əsərlərində göstərildiyi kimi, bir-birilə heç də əlaqəli olmayan dörd hissədən ibarətdir ki, adətən əxlaq filosoflarının yazılarında bir-birilə sintez edilir. Məhz bu baxımdan da bir çox hallarda bəhsləri anlaşılmazlığa düçar edir.
Ayerin fikrincə, bu dörd hissənin arasından yalnız birinci bəhs əxlaq fəlsəfəsinin mövzusuna aiddir. İkinci hissə, yəni əxlaqi təcrübələri göstərən hissə əslində psixologiya və ya sosiologiya elminə aiddir. Üçüncü hissədə əslində onlara qanun və prinsip adı verilə bilməz. Beləliklə, onlar heç bir elmi-fəlsəfi cərəyana aid ola bilmirlər. Dördüncü hissə isə nə tərifdir, nə izahdır, nə də başqa bir şey. Beləliklə, bunun əxlaq fəlsəfəsinə heç bir aidiyyəti yoxdur. Bu səbəbdən əxlaq fəlsəfəsində yazılmış heç bir kitab əxlaqi qanunlar da ehtiva etməməlidir. Bu kitablar yalnız əxlaq terminlərini təhlil etməli və göstərməlidir ki, bu kimi terminlər, yəni əxlaq terminləri hansı kateqoriyaya aiddir.
Ayer bu girişdən sonra və bəsit subyektivizm, habelə əxlaqda mənfəəti əsas götürən nəzəriyyələri tənqid edib, onların çatışmazlıqlarını göstərdikdən sonra öz nəzəriyyəsini izah etməyə başlayır və deyir: Əxlaq sahəsində işlənən qanunlar və cümlələr əslində yalançı məfhumlardır. Onlar həqiqi və real deyil. Beləliklə, bu kimi məfhumlar hissi idrakla dərk oluna bilmədiyindən, təhlil edilə bilməz".
Bir cümlədə əxlaq və etikaya aid olan bir əlamət həmin cümlənin reallığına və məzmununa heç bir şey artırmır. Məsələn, əgər bir şəxsə belə desək: "Sən o pulu oğurlamaqda pis iş gördün", bu cümlədə "sən pis iş gördün" ifadələrini artırmaqla biz həmin cümlənin real məzmununa əlavə informasiya yükləməmişik əslində. Bununla biz yalnız öz əxlaqi və etik düşüncəmizi təzahür etdirmişik. Misal üçün, biz əsəb və həyəcan içində deyirik: "Sən pulu oğurlamısan!". Və yaxud bir xəbəri təəccüb əlaməti artırmaqla yazırıq. Baxın, burada təəccüb əlaməti artırandan sonra həmin xəbərin informasiya yükünə əlavə bir şey artırılırmı? Xeyr. Bu yalnız onu bildirir ki, xəbər onu deyən şəxs üçün təəccüblüdür, vəssalam.
Beləliklə, "Pulu oğurlamaq pisdir" cümləsi ki, burada əxlaq və etika ifadəsi işlənmişdir, mənasız cümlədir və bu baxımdan bu cümlənin təsdiq və ya inkar edilməsi də mənasızdır. Sanki bu cümlənin mənası budur: "Sən pul oğurlamısan!". Beləliklə, əxlaqa aid olan cümlədə əslində həmin cümləni ifadə edən şəxsin bu məsələyə münasibəti göstərilir. Başqa birisi mənim bu cümləmi təsdiq və ya inkar edə bilməz. Mənim hisslərimlə razılaşmaya bilər, lakin inkar edə bilməz. Çünki mən müəyyən bir işin düz və ya səhv olmasını deyərkən əslində heç bir informasiya ötürmürəm. Burada yalnız öz daxili emosional hisslərimi bildirirəm. Başqa birisi də mənə qarşı çıxarsa, o da öz daxili hisslərini göstərmiş olar. Burada sual olunur: bizim hansı birimiz düz deyir? Baxın, sualın özü mənasızdır. Çünki bizim cümlələrimiz barədə "düzdürmü?" və ya "səhvdirmi?" sualını vermək özü mənasızdır. Bizim heç birimiz real bir xəbər cümləsi işlətməmişik. Bu halda, əxlaqa aid olan hökmlər barədə mühakimə etmək onların düzgün və ya səhv olmasına arqument gətirmək mümkün deyil.

İngiltərə neopozitivist filosofu, analitik fəlsəfənin nümayəndəsi.
Ayer Vyana dairəsinin ideyalarını təbliğ edirdi.
Onun sonrakı əsərləri linqvistik fəlsəfəyə meyllə səciyyələnir.
Düzdür, Ayer əxlaq məzmunlu cümlələrin funksiyası barədə digər bir mühüm məsələyə də işarə edir ki, sonralar onun müdafiəçiləri tərəfindən daha çox inkişaf etdirildi. Ayer deyir ki, əxlaq məzmunlu cümlələr həmin cümlələri ifadə edən şəxsin daxili hisslərini göstərməkdən əlavə, həm də dinləyicini bu əməli həyata keçirməyə təhrik, sövq edir. Yəni əxlaq cümlələrinin bu cür funksiyası da vardır. Hətta əxlaq cümlələri bəzən əmr etmək, fərman vermək kimi də səslənə bilər. Lakin bütün bunlara rəğmən, Ayerin nəzəriyyəsində əsas əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, əxlaq cümlələrinin heç bir yükü yoxdur. Hətta həmin cümlələr müəllifin, yəni cümləni ifadə edən şəxsin hisslərini də informasiya kimi ötürmür. Onun təbirincə desək: "Mən o zaman ki, "Tolerantlıq fəzilətdir" cümləsini işlədirəm, öz hisslərim və ya başqa bir məsələ barədə informasiya ötürmürəm. Mən yalnız öz hisslərimi təzahür etdirirəm, vəssalam".
Ayer sonda öz nəzəriyyəsinə tutulan yeganə iradı Corc Eduard Murun bəsit subyektivizm nəzəriyyəsinə tutduğu irad hesab edir. Yəni Ayerin nəzəriyyəsini qəbul etsək, bu zaman əxlaq və etika barədə polemikalar tamamilə mənasız olacaq. Çünki əgər bir şəxs "Qənaət etmək fəzilətdir və yaxşıdır" deyirsə və digəri buna qarşı çıxaraq, "Qənaət etmək pisdir" cümləsini işlədirsə, əslində bu iki şəxsin heç bir ixtilafı yoxdur. Onların hər ikisi öz daxili hisslərini ifadə edir və onların hər ikisi düzdür. Çünki heç birinin qarşı tərəfi susduracaq arqumenti yoxdur. Halbuki bütün insanlar adi və məişət həyatlarında həmişə dəyər daşıyıcısı olan məsələlər barədə bir-birilə polemika aparır və biri digərinin fikrini məhkum etməyə çalışır.
Lakin Ayer bu irada belə cavab verir: "Biz məişət həyatında dəyər və əxlaqi dəyərlər barədə bir-birimizlə polemika aparmırıq. Əslində, bizim polemikalarımız reallıqda baş verən məsələyə aiddir. Yəni biz çalışırıq göstərək ki, tərəf müqabilimiz hər hansı bir məsələnin reallığını göstərməkdə səhv edir. Biz əslində belə arqument gətiririk ki, tərəf müqabilimiz mühakimə edərkən müəyyən şərtləri nəzərə almadığına qane olsun. Yəni həmin işin təsirlərinə tam diqqət yetirmədiyi ilə razılaşsın. Biz əslində qarşı tərəfi məsələnin real nəticələrinə yönləndiririk. Burada real faktlardan söhbət gedir, dəyər daşıyıcı əxlaqi məsələlərdən deyil. Şübhəsiz, əgər tərəf müqabilimizin əxlaqi və ictimai tərbiyəsi bizimlə bərabər olsa, o bizi qəbul edəcək. Lakin əgər tərəf müqabilimizin əxlaqi və ictimai tərbiyəsi bizdən fərqli olsa, bu zaman onunla polemika aparmaq mənasızdır".
Bir sözlə, əxlaq məsələlərində arqumentasiya etmək, onların isbatı üçün dəlil gətirmək yalnız o zaman mümkündür ki, bizimlə tərəf müqabilimiz öncədən müəyyən əxlaq sistemini qəbul etmiş olsun. Misal üçün, əgər tərəf müqabilimiz bu prinsipi öncədən qəbul etsə ki, zülm pisdir, bu halda biz ona qəbul etdirə bilərik ki, abort etmək pisdir. Beləliklə, əslində biz ona göstəririk ki, abort etmək zülmün və haqsızlığın nümunələrindən biridir və tam aydın olur ki, bu əslində əxlaqa deyil, real fakta aid olan məsələdir. Yəni biz göstərmək istəyirik ki, reallıqda abort etmək pisdir. Biz burada əxlaq prinsiplərinin düzgün və ya səhv olması barədə polemika aparmırıq. Biz yalnız faktlardan danışırıq. Çünki əxlaq prinsipləri yalnız bizim öz daxili hisslərimizə dayanır və biz öz daxili hisslərimizlə yalnız bir şeyi tərif edirik və ya məhkum edirik.
a) Dəlilsiz iddia.
Ayerin "Dil, həqiqət və məntiq" kitabındakı fikirləri yalnız iddiadır, yəni o öz müddəasını sübut etmək üçün heç bir dəlil göstərmir.
b) Yeni fikir gətirmir, başqalarının fikirlərini izah edir.
Ayerin nəzəriyyəsində diqqət çəkən məqamlardan biri də odur ki, o bu nəzəriyyəni ixtira etməyib. O yalnız bu nəzəriyyəni şərh edib. Çünki Ayerin kitabının nəşr olunmasından öncə əxlaq fəlsəfəsində pozitivist yanaşma bəzi əxlaq filosofları arasında məqbul hesab olunurdu. Lakin bu kitab xüsusi metodla yazıldığı üçün, həmçinin XX əsrin orta onilliklərində məntiqi pozitivizmin vüsət aldığı səbəbindən Ayerin kitabı pozitivizm nəzəriyyəsinin manifestə çevrildi. Misal üçün, Ayerin kitabının nəşrindən on üç il sonra iki filosof- Oqden və Riçards "Mənanın mənası" adlı bir kitabda (onlar bu kitabı birlikdə yazmışdılar) bu nəzəriyyəni izah edirlər. Ayerin kitabının nəşrindən on üç il əvvəl onlar bu nəzəriyyəni önə çəkmişlər.
Belə iddia olunmuşdur ki, "Yaxşılıq" məfhumu təhlil edilə bilməyən və əvəzsiz bir mənaya dəlalət edir və bu əxlaq fəlsəfəsinin mövzusudur. Lakin qeyd etməliyik ki, bu ifadə heç bir şeyə dəlalət etmir və bu ifadənin simvolik funksiyası da yoxdur. Məsələn, "Bu yaxşıdır" cümləsində "yaxşıdır" ifadəsi heç bir əlavə informasiya bildirmir. Digər tərəfdən, əgər "Bu şey qırmızıdır" deyiriksə, burada "qırmızı" ifadəsinin cümləyə artırılması əslində həmin şeyin əlavə bir məna yükünə malik olmasını göstərir. Lakin "Bu şey yaxşıdır" cümləsində "yaxşıdır" ifadəsi bu funksiyanı yerinə yetirə bilmir. Bu ifadə yalnız müəllifin, yəni cümləni işlədən şəxsin daxili hisslərini təzahür etdirir və göstərir. Bəlkə də bunu da əlavə edə bilərik ki, biz həm də qarşı tərəfin də bizim kimi düşünməsini istəyirik. Yəni qarşı tərəfin də ifadə etdiyimiz məsələyə qarşı meyillənməsini istəyirik.
c) Pozitivist prinsipi əsas götürmək.
Ayerin nəzəriyyəsinin ən ciddi iradlarından biri ondan ibarətdir ki, o, önyarğı olaraq, əxlaq cümlələrinin tamamilə mənasız olması prinsipini qəbul etmişdir. Daha doğrusu, pozitivizmi önyarğı kimi qəbul etmişdir. Çünki pozitivizmə görə, yalnız hiss orqanları ilə dərk edilən və qavranılan məsələlər realdır, doğrudur. Lakin qeyd etməliyik ki, bu prinsip, yəni pozitivizmdə məqbul olunan bu qanun bir çox problemlərlə üzləşir ki, aşağıda onlardan bir neçəsini xatırladırıq.
1. Bu meyarla insan idrakının ən fundamental və əhəmiyyətli sütunlarından biri, yəni müşahidə ilə dərk edilən məsələlər, habelə ağılın aksiomatik olaraq dərk etdikləri tamamilə mənasız olur. Biz bu mərifətləri və idrakları əldən versək, o zaman heç bir məsələnin reallığa uyğun olub-olmamasını isbatlamaq üçün əlimizdə əsas olmayacaq.
2. Pozitivistlər bu prinsipi qəbul edərək bildirirlər ki, onların əsas dayanacağı hissi idrakdır. Halbuki hissi idrak idrakın ən titrək və etibarsız növüdür. Çünki hissi idrak idrakın digər növlərindən daha çox səhvə düçar ola bilər. Pozitivistlər bunu da unutmuşlar ki, hissi idrakın özü də əslində insanın daxili dünyasında reallaşır. Beləliklə, onlar bu fikirlə xarici və obyektiv dünyanın sübuta yetirilməsinin məntiqi yolunu özlərinə bağlayırlar.
3. Əxlaqi və metafizik məfhumların mənasız olmasını iddia etmək açıq-aşkar əsassız bir batil iddiadır. Çünki əgər əxlaq məsələlərinə dəlalət eləyən məfhumlar tamamilə mənasız olsaydılar, o zaman tam mənasız sözlərdən heç fərqlənməzdilər. Yəni onların inkarı və isbatı arasında heç bir fərq olmazdı. Halbuki misal üçün, əgər odu istiliyin səbəbi adlandırırıqsa, yaxud ədaləti yaxşı hesab ediriksə, bu zaman bu iki cümlə müəyyən bir məna yükünə malikdir. Yəni onların əksi ilə özləri arasında ciddi fərq vardır. Hətta səbəb-nəticə qanununu inkar edən və yaxud ədaləti yaxşı hesab etməyən şəxslər belə əslində öncədən müəyyən bir məna yükünü daşıyan məsələləri inkar etmişlər. Yəni onlar öncədən bunu qəbul etmişlər ki, "ədalət" və "yaxşı" ifadələrinin müəyyən bir məna yükü var. Sonra ədalətin yaxşı olmasını inkar etmişlər.
4. Bu prinsipə əsasən, yəni pozitivizmə görə, daha heç bir elmi qanun qəti və birmənalı şəkildə məqbul hesab edilə bilməz. Çünki birmənalılıq, ümumilik və zərurilik hissi idrakla isbatlana bilməyən məfhumlardır. Hissi təcrübə yalnız bir neçə nümunəni görür. O bütün nümunələri görə bilməz. Deməli, hissi idrakla təcrübə etmədiyimiz nümunələr barədə mühakimə yürüdə, onları isbat və ya inkar edə bilmərik.
Hələ heç bir rəy yoxdur. İlk rəyi siz yazın!
Sizə tövsiyə edilənlər
Ontoloji arqumentə qısa baxış
Kosmoloji arqumentə qısa baxış
Elm Allahın varlığını inkar ed...