Ontoloji arqumentə qısa baxış
- 225 dəfə baxılıb
Dünya tarixində müxtəlif sahələrdə — fəlsəfə, fizika, riyaziyyat və s. kimi sahələrdə iz qoymuş və dəyərli əsərlər yazmış görkəmli şəxsiyyətlər olub. Lakin bir neçə fərqli sahədə mühüm əsərlər yazan dahilərin sayı olduqca azdır. Aristotel bu nadir dahilərdən biridir. Eyni xüsusiyyəti Nəsrəddin Tusi və Umberto Eko haqqında da demək olar. Belə dahilərdən biri də təxminən 2 əsr əvvəl bizim xalqımıza bəxş edilmiş Abbasqulu Ağa Bakıxanovdur.
Abbasqulu Ağa Bakıxanov çoxşaxəli yaradıcılığı ilə seçilən nadir şəxsiyyətlərdəndir. Onun həm elmi, həm də bədii əsərləri mövcuddur. Bu kitabda onun üç möhtəşəm əsərini bir araya gətirmişik.
Kitaba daxil edilən ilk əsər “Əxlaqın təmizlənməsi” (Təhzibül-əxlaq) adlanır. Bu, əxlaq fəlsəfəsi mövzusunda yazılmış dəyərli bir əsərdir. Müəllif burada təvazökarlıq, insaf, məhəbbət, adət-ənənə, əməl və digər əxlaqi dəyərlər haqqında dərin fikirlər irəli sürür və oxucunu düşünməyə vadar edir.
İkinci əsər “Kainatın sirləri” (Əsrarül-məlaküt) adlanır. Bu kitabda müəllif dövrünün astronomiya bilgilərini oxuculara təqdim edir. O, elmi bilikləri İslam dünyagörüşü ilə uzlaşdıraraq Quran ayələrinin astronomik məlumatlarla necə səsləşdiyini izah edir. Dövrünə görə son dərəcə dəyərli sayılan bu əsər həm elmi, həm də fəlsəfi dərinliyə malikdir.
Üçüncü əsər isə “Qəribə kəşflər” (Kəşfül-qəraib) adlanır. Burada Amerika qitəsinin kəşfindən və orada baş verən mühüm hadisələrdən bəhs edilir. Maraqlı və axıcı dili sayəsində bu elmi əsər sanki bir hekayə kimi oxucunu özünə bağlayır.
Bu üç əsəri Azərbaycan oxucusuna təqdim etməklə, ümid edirik ki, Abbasqulu Ağa Bakıxanovun nə qədər dəyərli bir şəxsiyyət olduğunu daha aydın şəkildə göstərə biləcəyik.
Sizə tövsiyə edilənlər
Ontoloji arqumentə qısa baxış
Kosmoloji arqumentə qısa baxış
Elm Allahın varlığını inkar ed...