Preloader

Elmin tarixi və müsəlman alimlər

Elmin tarixi və müsəlman alimlər

Cim Xəlili Surrey Universitetinin professorudur. Atası iraqlı, anası isə ingilis olan Cim Xəlili uşaq vaxtlarında ailəsi ilə birlikdə Böyük Britaniyaya köçür və burada böyüyür. Cim Xəlili uzun zamandan sonra müsəlman alimlərin elm dünyasına hansı qatqıları verdiyini araşdırmağa başlayır. Çünki uşaq vaxtlarında İraqdakı məktəbdə ona İslamın qızıl dövrü haqqında danışmışdılar. Bu axtarışa çıxan Cim Xəlili tarixin qaranlıq səhifələrində gizli qalan bir çox məsələni işıq üzünə çıxarır. O, elm tarixində müsəlman alimlərin rolunu axtardıqca belə bir qənaətə gəlir ki, əslində, elə müasir elmin tarixi İslamın elm tarixidir. Çünki müasir elmlərin böyük əksəriyyəti məhz İslamın qızıl dövründə ən yüksək səviyyəsinə qalxmışdı.

Kitabda Məhəmməd Xarəzminin riyaziyyatdakı yeniliklərindən, İbn Sinanın tibbi yeniliklərinə, İbn Heysəmin optikanın kəşfindən Biruninin Dünyanı ölçməsinə, Kopernikin Battanidən bəhrələməsindən, Tusinin astronomiyada başlatdığı yeni eraya qədər bir çox mövzulara toxunulub. Azərbaycan oxucusunun bu kitabı oxuduğu zaman böyüt heyrətə düşəcəyindən əminəm. Çünki Cim Xəlilinin axtarıb tapdığı mövzuların bir çoxu bizim xəbərsiz olduğumuz məsələlərdir.

Cim Xəlili özü ateist olduğunu açıq formada bildirir. Bu kitabın ən önəmli tərəfi də məhz budur. Bu kitabdakı araşdırmalar bir müsəlman alim tərəfindən baş tutmayıb və heç kim “bu adam təəssübkeş yanaşır” bəhanəsinin arxasında gizlənə bilməyəcək. Bu kitab həmçinin qeyri-müsəlman şəxslər üçün də obyektiv araşdırmada kompas rolu oynaya biləcək gücə sahibdir.

Kitab Cim Xəlilinin “Science and İslam” (Elm və İslam) adlı sənədli filmindən toplanaraq kitab halına salınmışdır.

Sifariş et
Paylaş:
Cim Xəlili
Müəllif: Cim Xəlili

İraq əsilli britaniyalı nəzəri fizik və elmin populyarlaşdırıcısı. O, nəzəri fizika professoru və Surrey Universitetində elm sahəsində ictimai əlaqələr üzrə rəhbərdir. O, "BBC" radio və televiziya kanallarında mütəmadi olaraq elmi proqramların aparıcısı və təqdimatçısı, həmçinin Britaniyanın digər media qurumlarında elm sahəsi üzrə müntəzəm olaraq rəy bildirən şərhçidir.